RU
Qadını maşın vurdu
23:00
371

Qadını maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7news.Az-ın APA-ya istinadən məlumatına görə, şəhər sakini, 1954-cü il təvəllüdlü Mariya Qayıbova sol ayağın sınığı və bədənin müxtəlif hissələrinin əzilməsi xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. M. Qayıbovanın sözlərinə görə, onu 11 saylı orta məktəbin yaxınlığında avtomobil vurub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ