RU
Qadını şəkillərlə şantaj elədi, pulunu və qızılını aldı
15:34
509

Qadını şəkillərlə şantaj elədi, pulunu və qızılını aldı

Yevlax şəhər sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 12-də və 13-də Seymur adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 150 manat pulunu və qızıl boyunbağısını aldığını bildirib.

DİN-dən 7news.Az-a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Seymur Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ