RU
Qadını sosial şəbəkələrdə rusvay edəcəyi ilə hədələyən şəxs tutuldu
14:06
806

Qadını sosial şəbəkələrdə rusvay edəcəyi ilə hədələyən şəxs tutuldu

Azərbaycanda qadından şantaj etməklə pul tələb edən şəxs tutulub.

Gəncə şəhər sakini Ş.M. Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edərək, həmyerlisi Anar Məcməddinovun onu sosial şəbəkələrdə rüsvay edəcəyi və ailəsinə böhtan atacağı ilə hədələyib pul tələb etdiyini bildirib.

Ş.M. qeyd edib ki, bu ilin iyul ayından sentyabr ayına qədər A.Məcməddinov onun 7000 manat pulunu və qızıl zinət əşyalarını alıb. Sonuncu sentyabrın 25-də yenidən 530 manat pul tələb edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məcməddinov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ