RU
Qadının çantasını əlindən alıb qaçan yaxalandı
00:00
401

Qadının çantasını əlindən alıb qaçan yaxalandı

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

7news.Az Lent.az-a istinadən xəbər verir ki, Kənd Əhmədli qəsəbəsində yerləşən "Home” marketin qarşısında Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Samirə Səmədovaya məxsus əl çantasını oğurlayıb qaçmaq istəyən 1989-cu il təvəllüdlü Hüseynov Nicat Fərqəçi oğlu çox uzağa gedə bilmədən tutulub.

Çantada 1 ədəd "İPHONE” markalı, 1 ədəd ”LG” markalı mobil telefon və 55 manat pul olub.

N.Hüseynov mühafizə polisi tərəfindən yaxalanaraq ərazi üzrə 34-cü Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı Xətai RPİ-nin 34-cü PB-də araşdırma aparılır.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ