RU
Qadının ərinə xəyanətini foto aşkarladı
11:17
2072

Qadının ərinə xəyanətini foto aşkarladı

Dünyanın ən populyar mobil messencerlərindən olan Snapchat Britaniyada bir ailənin dağılmasına səbəb olub.

Çelsi adlı qadın çalışdığı şirkətin onu ezamiyyətə yolladığını deyərək Mançesterə getmişdi.

Qadın Mançesterdə olarkən əri ona zəng vurub, hal-əhval tutub, nə işlə məşğul olduğunu deyib.

Çelsi də oteldə alt paltarında fotosunu Snapchat-da çəkərək ərinə yollayıb, "gecə saatlarında çatdım, yatmışdım, yuxudan indi dururam" deyib.

Ər fotonu görəndən sonra sinirlənib və boşanmaq üçün məhkəməyə müraciət edib.

Səbəb isə həmin fotoda qadının olduğu otaqda televizorun altında, dolabın aşağısında bir cüt kişi çəkməsinin olması idi.

Ərin dediyinə görə, o, dərhal arvadına yazıb: "O çəkmələr kimindir?"

Sonrakı dialoqu təqdim edirik:

- Otağında kişi var!

- Yoxdur! And olsun Tanrıya, təkəm!

- Bəsdir yalan danışdın! Vəkilə zəng vururam, məhkəməyə müraciət edirəm!"/milli

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ