RU
Qadının halı pisləşdi, təyyarə məcburi eniş etdi
18:00
42

Qadının halı pisləşdi, təyyarə məcburi eniş etdi

Göyərtəsində 300-ə yaxın sərnişinin olduğu Malayziya Hava Yollarına məxsus təyyarə təcili eniş edib. Buna səbəb qadın sərnişinlərdən birinin nəfəs darlığı ilə bağlı halının pisləşməsi olub.

7News.Az "The Times of India" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də Səudiyyə Ərəbistanından Malayziyaya uçan təyyarədə baş verib.

Vəziyyəti pisləşən sərnişinə ekipaj üzvləri kömək etməkdə aciz qalıblar. Bundan sonra pilot Hindistanın Çennai hava limanı ilə əlaqə saxlayıb və eniş tələb edib.

Yerdə növbətçi həkim briqadası qadına tibbi yardım göstərib. Sərnişinin uçmasına icazə verildikdən sonra təyyarə təyinat yerinə getməyə davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ