RU
Qadının mənzilindən qarət edənlər məhkəmə qarşısında
17:07
472

Qadının mənzilindən qarət edənlər məhkəmə qarşısında

Xətai Rayon Məhkəməsində qadının mənzilindən oğurluq edən şəxslərin məhkəməsi başlayıb.
7news.Az-ın xəbərinə görə, cinayət məcəlləsinin 177.2.1-ci (oğurluq) maddəsiylə təqsirləndirilən Bakı şəhər sakini Salmanov Şamxal Canbulaq oğlu və Zamir Əliyevin məhkəmə prosesinə hakim Habil Məmmədov sədrlik edir. 

Xatırladaq ki, bu ilin yanvar ayında rayon ərazisində yaşayan Məmmədova Zərifə Musa qızının evindən 2000 manat və 15000 manat dəyərində qızıl əşyalar oğurlanıb. 34-cü polis bölməsinin əməliyyatı nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Şamxal Salmanov və Zamir Əliyev saxlanılıblar.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ