RU
Qadınla tanış oldu, kirayə qaldığı evə apardı: Olanlar oldu - BAKIDA CİNAYƏT
17:20
614

Qadınla tanış oldu, kirayə qaldığı evə apardı: Olanlar oldu - BAKIDA CİNAYƏT

Bakıda İtaliya vətəndaşının pul qabı oğurlanıb. 

1956-cı il təvəllüdlü Renato Zorze polisə müraciət edərək bildirib ki, bir neçə gün əvvəl paytaxtda qadınla tanış olub. O, daha sonra həmin qadını Zərifə Əliyeva küçəsi 28 ünvanında kirayə tutduğu evə aparıb.

Burada həmin qadın italiyalı kişinin cibindən hesabında 12 min manat pul olan bankomat kartını oğurlayıb.

Bakıdakı tikinti şirkətlərindən birində işləyən Renato Zorzenin müraciətindən sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə Gürcüstan vətəndaşı olan Liya Nikobadze tutulub. Ona əməlində kömək etmiş Bakı sakini Elşad Ərəbov da yaxalanıb.

Araşdırmalar davam etdirilir./lent
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ