Qadınlar bəzən orqazm olmaqda çətinlik yaşaya bilirlər. Bəzi zamanlarda isə qadınların orqazm müddəti qısa ola bilər. Lakin bəzi seks qaydaları sayəsində qadınların orqazma tez çatmasını, həm də zamanı uzada biləcəksiniz.
Orqazm cinsi əlaqə zamanı tərəflərin aldığı həzzin ən üst səviyyəsidir. İntim münasibətlər zamanı bu proses baş vermədikdə, cütlüklər arasında problem yaranır və cinsi əlaqədən həzz almırlar. Xüsusilə, qadınlarda orqazma çata bilməmə və bunun qısa müddət davam etməsi kimi problemlər var.
Səs çıxarmaq
Cinsi əlaqə zamanı səs çıxarmağı qadınlarda ən az kişilər kimi sevir. Buna görə də seks zamanı kişinin səs çıxarması qadını da ehtiraslandırır.

İntim münasibətləri zamanı G nöqtəsini axtarmayın
Cinsi əlaqə zamanı G nöqtəsini axtarmaq əvəzinə, qadınlarda vajinal orqazmı uzun müddət davam etdirmək üçün aşağı-yuxarı sürtünün.

Diqqətli olun
Gərgin bir iş günü keçirmisiniz və sadəcə həyat yoldaşınız istəyir deyə cinsi əlaqəyə girməyin. Gərgin gün sizin cinsi əlaqə zamanı diqqətli olmağınıza şərait yaratmayacaq. Bu da nəinki, orqazmı uzun müddət davam etdirmək, hətta ona çatmağı da çətinləşdirəcək.

Erotik filmlər
İntim münasibətləri yaşamazdan əvvəl qadınların erotik filmləri izləməsi orqazm müddətinin uzadılmasına kömək olacaq.

Kegel hərəkətləri
Burda iş qadınlara düşür. Əgər tez orqazma çatıb və orqazm müddəti çox qısa olursa, bunun çarəsi kegel hərəkətləridir. Kegel hərəkətlərini qaydalı olaraq etmək lazımdır. Bu, qadınlarda orqazm müddətini uzadacaq və cinsi əlaqə zamanı daha çox həzz almasına şərait yaradacaq.

Ön sevişməyi uzadın
Xüsusilə, kişilər ön sevişməyi boşalmadan əvvəl uzun müddət davam etdirməyə çalışmalıdırlar. /goldnews









