RU
Qadınları fahişəliyə cəlb edən şəxs nəzir qutusundan pul oğurladı
13:22
250

Qadınları fahişəliyə cəlb edən şəxs nəzir qutusundan pul oğurladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.  

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6-cı mikrorayon ərazisindəki "Cümə” məscidinin qarşısındakı nəzir qutusundan pul, 1 şirniyyat sexindən sərinləşdirici içkilər, 1 köşkdən tütün məmulatı və 1 evdən geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Telman Cəbrayılovsaxlanılıb. 

Araşdırmalarla onun əvvəllər fahişəliyə cəlb etmə, oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə  məhkum olunduğu müəyyən edilib. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ