RU
Qadınları Türkiyəyə aparan Güllər tutuldu
12:36
542

Qadınları Türkiyəyə aparan Güllər tutuldu

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

7news.Az İdarəyə istinadən məlumatına görə, iyulun 20-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1968-ci il təvəllüdlü, Ağdam rayon sakini Məmmədova Güllər Kamal qızının Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən edilib.

 

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ