Zərif cinsin nümayəndələri bu dəfə heç də zərif hərəkət nümayiş etdirməyiblər...
Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində qeydə alınan iki qadının davası ortaya qeyri-adi görüntülər çıxardıb.
Məlumata görə, xanımların mübahisəsi supermarketdə kassa qarşısında başlayıb. Xanımlardan biri növbəyə riayət etmədən önə keçmək istəyib. Bu isə sırada dayanan digər qadının narazılığına səbəb olub. Böyüyən narazılıq qadınların davası ilə nəticələnib. Ətrafda olan insanlar əsəblərinə hakim olmayan qadınları ayırdıqdan sonra çölə çıxarıb avtomobillərinə mindirsələr də xanımlar yenə də sakitləşmək bilməyiblər. Bu dəfə onlar maşınlarını toqquşduraraq savaşlarına davam ediblər.
Qadınların avtomobil savaşı yoldan keçən insanlar tərəfindən lentə alınıb.//atv.az
7News.az








