İspaniyada 555 qadının ətək altı görüntülərini çəkən manyak yaxalanıb.
7News.Az xarici mediaya istinadən xəbər verir ki, ötən yaydan bəri qadınların gizli şəkildə ətək altı görüntülərini çəkərək internetdə yayımlayan manyakın kolumbiyalı olduğu üzə çıxıb. O, 283 nəfərin videosunu porno saytlarında yayımlayıb.
Polis manyakı metro stansiyalarından birində iş başında yaxalayıb.
İspaniyada qadınların bu şəkildə gizli görüntülənməsi cinsi istismar hesab edilir. Bu cür əməllər adətən həbs cəzası ilə nəticələnir.









