RU
16:17
973

"Qafqaz universitetinin tələbələri ilə bağlı sujetdə təhrifə yol verənlər cəzalandırılıb” - VAQİF AYDINOĞLU

7news.az xəbər verir ki, son günlər sosial mediada ATV-nin efirində Qafqaz Universitetinin tələbələrinin müsahibələrinin təhrif olunması ilə bağlı xəbərlər müzakirə olunmaqdadır. Məsələ ilə bağlı saytımıza açıqlama verən ATV rəsmisi Vaqif Aydınoğlu xoşəgəlməz olayla bağlı ciddi tədbirlər görüldüyünü qeyd deyib.

Məsul şəxslərin töhmət aldığını deyən V.Aydınoğlu bir əməkdaşın işdən azad olunduğunu dedi: "Son günlər sosial şəbəkələrdə Qafqaz Universitetinin tələbələrindən bir necə nəfərin ATV Xəbərdə yayınlanan süjetdə fikirlərinin təhrif edilməsi və nəticədə yanlış şəkildə çatdırılmasına dair yayılan iddiaları ciddi şəkildə araşdırdıq. Araşdırmamız nəticəsində doğrudan da belə bir halın olduğunu aşkarladıq. Yanlış və təhrif edilmiş informasiyanın istehsalını, yayılmasını prinsipial olaraq qebuledilməz hesab etdiyimiz üçün uyğun tədbirlər gördük. İctimaiyyətə bəyan edirik ki, sözügedən süjetin hazırlanmasında və efirə getməsində bir başa məsuliyyət daşıyan redaktor barəsinde tədbir görülüb. Beləki, növbətçi redaktora şiddətli töhmət verilib və son xəbərdarlıq edilib, redaktor Jalə Əsgərova isə məsuliyyətsizliyi nəticəsində buraxdığı məlum nöqsana görə işdən azad edilib"

 

7news.az


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ