Həmas və İsrail Qahirədə vasitəçilərin təklif etdiyi razılaşma maddələrini və qarşılıqlı güzəştləri qəbul etməyib. ABŞ rəsmiləri danışıqların "konstruktiv şəkildə” davam etdiyini bildiriblər.
7NEWS.az xəbər verir ki, Misirin paytaxtı Qahirədə bazar günü keçirilən son danışıqlarda Qəzza zolağında atəşkəslə bağlı İsrail və Həmas arasında razılıq əldə oluna bilməyib. Son nəticəsiz görüşə baxmayaraq, razılaşma əldə olunmayan məsələlər və detallar üzərində işlərin davam etdiriləcəyi, tərəflərin Qahirəni tərk etməyəcəkləri bildirilib.
7NEWS.az








