“Azəriqaz” rəsmisi məsələyə aydınlıq gətirdi.
İstehlakçıların qaz təchziatını yaxşılaşdırmaq məqsədilə Xəzər rayonu Qala qəsəbəsinə qazın verilişi bu gün saat 10:00-dan dayandırılıb.
Bu barədə “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib.
“Buna səbəb isə diametri qaz kəmərində müşahidə edilən qaz sızmasıdır. Bir-neçə saat ərzində qəsəbəyə qazın verilişi bərpa ediləcək”, - deyə o qeyd edib.
Qurum rəsmisi həmçinin bildirib ki, bir-neçə həftə ərzində qəsəbədə belə bir problem müşahidə edilməyib.
Qeyd edək ki, Qala qəsəbə sakinləri Oxu.Az-a bildiriblər ki, artıq bir neçə həftədir qəsəbədə qaz yoxdur./oxu
7news.az








