7NEWS.az xəbər verir ki, Qalatasaray” "Napoli”nin hücumçusu Viktor Osimhenin transferini açıqlayıb. Nigeriyalı forvard artıq İstanbuldadır. 25 yaşlı futbolçu icarə əsasında yeni komandasında çıxış edəcək. Viktor Osimhenlə bağlanacaq müqavilənin detalları hələlik açıqlanmayıb. Qeyd edək ki, Viktor Osihmen 2020-ci ildən çıxış etdiyi "Napoli”də 133 matçda 76 qol vurub.
7NEWS.az








