RU
“Qalatasaray” Avrokubokdan uzaqlaşdırıldı
16:14
1569

“Qalatasaray” Avrokubokdan uzaqlaşdırıldı

“Aslan”lara güzəşt edilməyib.

Türkiyənin “Qalatasaray” klubu UEFA tərəfindən cəzalandırılıb. 

7News.Az-ın “Milliyet” qəzetinə istinadən məlumatına görə, İstanbul təmsilçisi bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb.

Buna klubun Maliyyə “Fair Play”inin tələblərini pozması səbəb olub. 

Qitə futbol qurumu maliyyə feyr-pley qaydalarını pozan “Qalatasaray”a güzəşt etməyib. “Aslan” avrokuboklara vəsiqə qazanarsa, gələn mövsüm bu hüquqdan məhrum olacaq. 
Türkiyə klubu ardıcıl iki il Avrokuboka vəsiqə əldə edə bilməsə, o zaman cəzası qüvvədən düşəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ