RU
18:45
1177

"Qalatasaray" İsveçrə millisinin üzvünü transfer edib

Türkiyənin "Qalatasaray" klubu isveçrəli futbolçu Eren Derdiyokla müqavilə imzalayıb. 
Bu barədə İstanbul klubu rəsmi məlumat yayıb. 
Belə ki, "Qalatasaray" 28 yaşlı hücumçu üçün onun klubu "Kasımpaşa"ya 4 milyon avro ödəyəcək. Eren Derdiyok "Cim-Bom"la 3 illik müqaviləyə imza atıb. 
Bundan başqa, "Qalatasaray" İsveçrə millisinin üzvünə hər il 2 milyon 150 min avro maaş verəcək. 
Qeyd edək ki, E.Derdiyok 2014-cü ildə Almaniyanın "Bayer" klubundan "Kasımpaşa" komandasına transfer olıunub

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ