RU
20:59
330

"Qalatasaray" "Neftçi"ni udur - Yenilənir

"Neftçi” Avropa Liqasında növbəti oyununa çıxıb.

7news.az xəbər verir ki, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsində Türkiyənin "Qalatasaray” klubu ilə qarşılaşır. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayıb.

 

 

 

İlk mərhələdə Şimali Makedoniyanın "Şkupi” klubunu mübarizədən kənarlaşdıran (2:1) Füzuli Məmmədovun komandası Türkiyə nəhəngi ilə oyuna da qələbə üçün çıxıb.

Qeyd edək k, "Neftçi” – "Qalatasaray” cütünün qalibi bu gün keçiriləcək "Renova” (Şimali Makedoniya) - "Hayduk” (Xorvatiya) oyununda üstün olan komandanı qəbul edəcək.

17 sentyabr

Avropa Liqası

2-ci təsnifat mərhələsi

20:00. "Neftçi” (Azərbaycan) – "Qalatasaray” (Türkiyə) - 0:1 (Fasilə)
Qol:
 Mbaye Diane, 19
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ