RU
13:12
939

"Qalatasaray"da daha bir ağır itki: Sneyder zədələndi

"Qalatasaray”da daha bir ciddi itki baş verib.

7News.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Hakan Baltadan sonra da komandanın ulduzu Uesli Sneyderdə zədələnib.

Dünən "Amsterdam Arena"da oynanılan Hollandiya ilə Fransa yoldaşlıq qarşılaşmasının  36-cı dəqiqəsində Sneyder zədə alıb. Buna görə də təcrübəli yarımmüdafiəçi oyunu davam etdirə bilməyib.

Hələlik onun durumunun nə dərəcədə ciddi olub-olmadığı açıqlanmayıb.

Qeyd edək ki, Türkiyə ilə İsveç arasında keçirilən qarşılaşmada “Qalatasaray”ın mərkəz müdafiəçisi Hakan Baltada zədə alaraq, oyunu davam etdirə bilməyib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ