RU
“Qalatasaray”da qalmaqal - Kapitan etiraz etdi, məşqə qatılmadı
18:17
637

“Qalatasaray”da qalmaqal - Kapitan etiraz etdi, məşqə qatılmadı

Türkiyə Superliqasının XI turunda "Fənərbağça"ya məğlub olan (2:0) "Qalatasaray” bu gün məşqlərini bərpa edib.

7news.Az xəbər verir ki, səhər saatlarında baş tutan məşqdə komandanın aparıcı futbolçusu Səlçuk İnan iştirak etməyib. 

Məsələ burasındadı ki, Səlçuk ötən gün baş tutan matçda iştirak etmədiyinə görə məşqçilər korpusuna etirazını bildirmişdi. Belə ki, matçın sonlarına yaxın baş məşqçi Yan Olde Riekerink ehtiyat oyunçular skamyasında saxladığı Səlçuk İnana deyil, məhz Kavandaya forma şansı verməklə 3-cü əvəzləmə haqqından istifadə edib. Səbrsizliklə meydana çıxcağını gözləyən kapitan isə mütəxəssisin bu addımından bərk əsəbiləşib. Etiraz olaraq əlindəki idman formasını yerə çırpan futbolçu hətta köməkçi məşqçi Ayhan Akmanla da bir müddət mübahisə edib.

Türkiyə mətbuatı iddia edir ki, yarımmüdafiəçi məhz bu səbəbdən bugünkü məşqə də qatılmayıb. Onun klub tərəfindən cəzalanacağı gözlənilir.




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ