RU
“Qalatasaray”ın sabiq futbolçusu öldürüldü
11:40
552

“Qalatasaray”ın sabiq futbolçusu öldürüldü

"Qalatasaray”ın sabiq futbolçusu Burhan Yıldız öldürülüb.

7News.Az xəbər verir ki, oyunçu Cengiz adlı dostu tərəfindən başından silahla vurulub. 

Belə ki, onlar kafedə oturub yeyib-içdikdən sonra mübahisə ediblər. Hər iki tərəf kafeni tərk edib. Lakin Burhana qarşı əsəbi soyumayan Cengiz kafenin önündə dostunun başına 5 dəfə silahla atəş açıb. Xəstəxanaya aparılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Burhan Yıldız 2012-2015-ci illərdə "Qalatasaray”ın şərəfini qoruyub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ