"Burada gələcəyin ailəsini yaratdım. Yaşamımız "Baywatch"dan daha maraqlıdır. Arvadım Pamela Andersondan daha erotik, daha gözəldir".
Alman milyonçu Bastian Yotta vətəni Almaniyanı tərk edərək ABŞ-ın Los-Anceles şəhərində yaşayır.
Onun superlüks villasının sahibəsi isə xanımı Mariya Yottadır.
Mariya Yottanın dediyinə görə, "Yotta Life" ("Yotta Həyatı") adlandırdıqları həyat tərzini seçiblər.
"Gələcəyin ailəsidir bura. Ərim üçün evə 10 qadın gətirdim. O qadınlar bizimlə yaşayırlar. Həmin qadınlara "Yotta həyatı"nı öyrədirik. Belə yaşam üçün ayda 100 min dollar xərcləyirik", - 27 yaşlı Maria Yotta deyib./milli
7news.az





































