Rusiyada 45 yaşlı Olqa Budunova adlı qadın "oyuncaq uşaq" ləqəbli 21 yaşlı sevgilisi Dmitri Luçin tərəfindən vəhşicəsinə öldürülüb.
21 yaşlı rusiyalı Dmitri Luçin adlı həmin şəxs cinayət hadisələri barədə xəbərləri oxuduqdan sonra vampirə çevrilib.
O, sevgilisi olan Olqa Budunovanın başına şərab butulkası ilə 25 dəfə vuraraq öldürülüb. Sonra isə beynini bişirərək yeyib və qanını içib. Daha sonra isə qadının meyidini vəhşicəsinə parçalayıb. Qadının qonşusu olan 21 yaşlı Aleksandra Dedova qapının qarşısındakı qan izlərini görərək polisə şikayət edib.
Luçin polislərə bildirib ki, bu işi cinsi zövq aldığı üçün edib./metbuat.az
7news.Az








