RU
Qan Donorları Assosiasiyası tərəfindən 14 İyun
22:41
1559

Qan Donorları Assosiasiyası tərəfindən 14 İyun

Respublikada qan donorluğunun inkişafında yaxından iştirak edən “Qan Donorları Assosiasiyası” İctimai Birliyi hər il olduğu kimi 14 İyun –"Ümumdünya Qan Donorları Gününü il ərzində fədakarlıq göstərən, həyat xilas edən və humanizmin carçıları olan qan donorları ilə birgə keçirib. Tədbirdə "Qan Donorları Assosiasiyası"nın sədri Fuad Əsgərov çıxış edərək qeyd edib ki, bu müqəddəs missiyanı həyata keçirməkdə illər ərzində fəaliyyətimizə dəstək olanlar arasında Park Bulvar xüsusi xidmətlərə malikdir. Park Bulvar hər zaman qan donorluğunun inkişafında yaxından iştirak etmiş və övladlarımızın sağlam gələcəyi üçün bizimlə birgə mübarizə aparmışdır. Bu ildə Qan donorlarına biganə qalmayan iki qrum bir araya gələrək 14 iyun Ümumdünya Qan Donorları Günün qeyd etdi. Qeyd edək ki, müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan canlı dərman donor qanıdır. Müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qan itirmələrdə, xroniki qan azlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların (ürək, böyrək, mədə-bağırsaq, qara ciyər və s.) müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona olan tələbatı da artırır. Bununla əlaqədar olan məsələlərin həllində qan donorluğunun, xüsusən təmənnasız donorluğun böyük əhəmiyyəti vardır. Xalqımızın donorluğa göstərdiyi rəğbət, insanpərvərlik, xeyirxahlıq və humanizmi, həmrəyliyi bu işin təşkilinə böyük kömək edir. 14 iyun Ümumdünya Qan Donorları Günü qeyd olunmasında əsas məqsəd könüllü qanvermənin əhəmiyyəti barədə insanları məlumatlandırmaq və daha çox insanın könüllü donorluğa həvəsləndirməkdir. Sonda öz qanını təmənnasız olaraq könüllü bağışlayan bir qrup şəxslərə Assosiasiya və Park Bulvar tərəfindən təşəkkürnamə və hədiyyə təqdim olundu. "Qan Donorları Assosiasiyası" Mətbuat katibi Fuad Rəsul

7news.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ