RU
Qan xeyriyyəçiləri İndoneziyada işgüzar səfərdə olub
11:03
27

Qan xeyriyyəçiləri İndoneziyada işgüzar səfərdə olub


Qan Donorları Assosiasiyasının nümayəndə heyəti  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 06-11 sentyabr 2023-cü il tarixində İndoneziyanın paytaxtı Cakarta şəhərində işgüzar səfərdə olub. Səfər çərçivəsində İndoneziyanın Qırmızı Xaç Cəmiyyəti, İndoneziya Mərkəzi Qan Bankı və "Cardes" Diqital Fondunda iki ölkənin qan donorluğu sahəsində əməkdaşlıq və müştərək layihələri müzakirə olunub. 
Səfər müddətində  Qan Donorları Assosiasiyasının nümayəndə heyəti  Azərbaycan Respublikasının İndoneziya Respublikasında fəaliyyət göstərən səfirliyini də ziyarət edib və iki ölkə arasında yaxın gələcəkdə həyata keçiriləcək layihələrini müzakirə etmişdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ