RU
Qandonduran hadisə! Əmi 14 yaşında yetim qalan qardaşı qızını zorladı
10:40
872

Qandonduran hadisə! Əmi 14 yaşında yetim qalan qardaşı qızını zorladı

Əmi qardaşı qızını zorladığına görə, 25 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin mayında Eskişehirdə baş verib. Valideynləri boşanan İ.Y. qalmaq üçün nənəsinin evinə gedib. İddialara görə, hadisə günü İ.Y eyni evdə yaşadığı əmisi Mustafa Y.-nın otağında gedib və onlar birlikdə spirtli içki qəbul ediblər. Bundan sonra İ.Y. əmisinin istəyi ilə onu masaj edib və daha sonra yataqda onun yanına uzanıb. Spirtin təsirindən yuxulayan gənc qız oyananda başa düşüb ki, əmisi onunla cinsi əlaqəyə girib.

Hadisəni anasına izah edən qız daha sonra polis mərkəzinə gedərək əmisi Mustafa Y.-dən şikayətçi olub. İ.Y. əmisinin daha əvvəl də ona təcavüz etdiyini irəli sürüb. İttihamları qəbul etməyən əmi Mustafa Y. məhkəmənin qərarı ilə həbs olunub.

Mustafa Y. bu gün baş tutan məhkəmədə qardaşı qızının ona böhtan atdığını söyləyib və qeyd edib ki, qardaşı qızı ailəvi problemlərinə görə onlara gəlib.

"Atası M.Y. gecə taksidə çalışdığı üçün adətən qızın tərbiyəsi ilə mən məşğul olurdum. Qətiyyən qardaşım qızı ilə eyni yataqda yatmamışam. Ona qarşı cinsi baxımdan cinayət təşkil edən hər hansı bir hərəkətim olmayıb. Sadəcə bu hadisədən əvvəl aramızda mübahisə baş vermişdi və mən onu vurmuşdum. O isə bu zərbənin acığını məndən çıxacağını söyləmişdi. Mənə böhtan atır. Mənim günahım yoxdur".

 

Lakin məhkəmə Mustafa Y.-ni 14 yaşlı qardaşı qızını zorlamaqda ittiham edib və ona hökm oxuyub./GoldNews.Az

 

7news.Az

Qandonduran hadisə! Əmi 14 yaşında yetim qalan qardaşı qızını zorladı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ