“Porsche 918 Spyder” super-karın sürücüsü idarəetməni itirib.
Maltada avtoşouda zərərçəkənlərin sayı artır, belə ki, sport-kar tamaşaçı tribunasını darmadağın edib.
Associated Press qəzada 26 nəfərin xəsarət aldığını bildirir, onlardan beş nəfəri ağır vəziyyətdədir.
Daha öncə zərərçəkənlərin sayının 21 nəfər olduğu bildirilmişdi.
Paqpaqli ghal-Istrina avtoşousunun keçirildiyi yer Maltanın beynəlxalq aeroportunun yaxınlığında yerləşir.
“Porsche 918 Spyder” superkarın sürücüsü idarəetməni itirib və tam sürətlə tamaşaçıların tribunasına çırpılıb. Baş verən hadisədən sonra avtoşou dayandırılıb.
7news.az








