RU
“Qanlı göl”də dəhşətli cinayət — Qaynanasını boğdu
14:03
585

“Qanlı göl”də dəhşətli cinayət — Qaynanasını boğdu

Bakı Ağır Cinayətlər Məhkəməsində qaynanasını öldürən kürəkənin məhkəmə prosesi başlayır.
7news.Az-ın xəbərinə görə, İbrahimov Cavad Məmmədkərim oğlunun may ayının 11-də başlayacaq məhkəmə prosesinə hakim Eldar İsmayılov sədrlik edəcək. 

İttiham aktına görə, qətl hadisəsi Yasamal Polis İdarəsinin 28-ci bölməsinin nəzarət etdiyi "Qanlı Göl” yaşayış massivi ərazisində baş verib. Hüquq mühafizə orqanları əməkdaşları əvvəlcə cinayət baş verdiyini belə bilməyiblər.

Bu il yanvarın 11-də saat 18:40 radələrində "Qanlı Göl” yaşayış massivinin sakini, 1958-ci il təvəllüdlü Namazova Nigar Koroğlu qızının meyiti tapılıb. Yaxınları onun ölümünü bədbəxt hadisə kimi qələmə veriblər. Onların sözlərinə görə, qadın yıxılıb, başı daşa dəyib və ölüb. Amma məhkəmə-tibb ekspertizasının nəticəsi Namazovanın boğularaq öldürüldüyünü göstərib.

Araşdırma zamanı məlum olub ki, qadını öz kürəkən, Ağdaş rayonu sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkumluq həyatı yaşayan 1983-cü il təvəllüdlü İbrahimov Cavad Məmmədkərim oğlu öldürüb. O, artıq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi  ilə cinayət işi başlanıb.
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ