Təxminən bir neçə saat əvvəl Kinorejissor Vahid Mustafa Yevin Azərbaycanın müstəqillik tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filminin Braziliyada San Pauloda Beynəlxalq Monstra festivalında nümayişi baş tutub.
"Qanlı Yanvar" filmi Azərbaycanı bu festivalda təmsil edən ilk filmdir. Noyabrın 4-nə kimi davam edəcək festival çərçivəsində film 5 dəfə nümayiş olunacaq.
Tədbir San-Paolonun ən böyük saraylarından birində keçirilir. Festivalda bir sıra dövlət rəsmilərilə yanaşı Braziliya seriallarının tanınmış simaları da iştirakedir.
Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov da mərasimdə iştirak edəcək. Festivala dünyanın bir çox ölkələrindən filmlər təqdim olunub.
Azərbaycanın festivalda təmsil olunması mərasim iştirakçılarının ölkəmiz haqqında daha çox məlumat əldə etmələrinə xidmət edəcək.
Rejissor Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmi xalqımızın müasir tarixdə başına gətirilən faciələrdən, amma hər şeyə rəğmən bir xalqın azadlığa gedən yolunun ən bariz nümunəsi kimi uzaq Amerika qitəsində dünyanın müxtəlif ölkələrindən gələn insanlara təqdim olunacaq.

"Qanlı Yanvar" filmi təqdim olundu
39-cu “Monstra” – San-Paolo festivalı kinorejissor Vahid Mustafa Yevin tarixi sənədlər əsasında ekranlaşdırdığı “Qanlı Yanvar” filminin iştirak etdiyi ikinci beynəlxalq festivaldır.
Bundan əvvəl “Qanlı Yanvar” filmi dünyanın üç ən nüfuzlu festivalından birində - Kanadada, Monreal film festivalında nümayiş olunub. Monrealda film festivalın xüsusi diplomuna da layiq görülüb./anspress
7news.az
"Qanlı Yanvar" filminin fraqmenti








