Bəzi çap məhsulları müsadirə olunub.
Polis əməkdaşlarının “Qanun” nəşriyyatında apardığı axtarış başa çatıb. Polislər bomba həyəcanı ilə gəlmişdilər, bu da özünü doğrultmadı, bomba tapılmadı.
7news.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun qardaşı, axtarış zamanı nəşriyyatda olan VHP sədri Sabir Rüstəmxanlı bildirib.
S. Rüstəmxanlı deyib ki, polis əməkdaşları nəşriyyatda şübhəli saydıqları bəzi çap məhsullarını, qəlibləri götürüblər.
----
Hüquq-mühafizə orqanlarının əməkdaşları mühafizəçinin telefonunu və giriş qapısının açarını götürüblər.
Ötən gün axşam saatlarında axtarış aparmaq üçün “Qanun” nəşriyyatına gələn polis əməkdaşları binanın ətrafında post qurub.
7news.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu öz “Facebook” səhifəsində yazıb.
Ş.Xuduoğlu nəşriyyatın binasının ətrafında 3 yerdə post qurulduğunu bildirib. O, həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mühafizəçinin telefonunu və giriş qapısının açarını götürüblər.
7news.Az








