RU
`Qanuni oğru` Saakaşvilinin `Land Cruiser`ini
09:40
1617

`Qanuni oğru` Saakaşvilinin `Land Cruiser`ini

Ukrayna paytaxt Kiyevdə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin "Toyota Land Cruiser" avtomobili naməlum şəxslər tərəfindən qaçırılıb.

Bu barədə 7News.Az Ukrayna KİV-nə istinadən xəbər verir. 

Məlumata əsasən avtomobilin dəyəri təxminən altı milyon qrivnadır (15,5 milyon rubl). Onun kriminal avtoritet Serqo Qlontinin əlaltıları tərəfindən qaçırıldığı ehtimal edilir. 

Məlumatda, həmçinin Saakaşvilinin adətən ictimai tədbirlərə ucuz avtomobillə gəldiyini yazıb.

Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ötən il mayın sonunda Odessa vilayətinə rəhbər təyin edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ