RU
Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeyini atəşə tutub
15:49
95

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeyini atəşə tutub

Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.

Bu barədə 7News.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ