"Azərbaycanda ovçuların 90 %-dən çoxu yerli vətəndaşlardır. Xarici vətəndaşların sayı isə çox az saydadır”.
7NEWS.Az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, qanunsuz ovlama ilə bağlı xarici vətəndaşlar tərəfindən 38, yerli vətəndaşlar tərəfindən isə 60-dan çox fakt qeydiyyata alınıb.
Xidmət rəisi həmçinin əlavə edib ki, qanunsuz ovlama ilə bağlı cərimələrin məbləğinin artırılması üçün sənəd hazırlanıb və aidiyyəti üzrə göndərilib.
7NEWS.Az







