RU
Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edildi
15:30
262

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Lerik rayonunun Haran kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.

ETSN-dən 7News.Az-a bildirilib ki, nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən 8 fevral 2020-ci il tarixində səhər saat 6 radələrində "Ural" markalı 43-BB-223 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3,5 m3 həcmində fısdıq cinsli işlik meşə materialı aşkar edilib və avtomobilin sahibi Aslan Cəbiyev barəsində akt tərtib olunub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ