Aşura günü qanvermə aksiyası Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa, 14 məsciddə də təşkil olunacaq.
7News.az xəbər verir ki, məscidlərin 8-i Bakıda, 6-sı isə bölgələrdə yerləşir. Qanvermə aksiyası Bakıda Mərkəzi Qan Bankında, Yasamal rayonunda Təzəpir və Hacı Soltanəli, Səbail rayonunda Bibiheybət və İçərişəhər Cümə məscidləri, Suraxanı rayonu Qaraçuxur qəsəbə məscidi, Xəzər rayonu Mirmövsüm Ağa ziyarətgah-məscidi, Nizami rayonu Keşlə qəsəbə məscidi, Nəsimi rayonu Əjdərbəy məscidində təşkil olunacaq.Bununla yanaşı, Sumqayıtda Cümə məscidi, Gəncədə İmamzadə ziyarətgah-məscidi, Mingəçevirdə Heydər, Şəkidə Сümə , Lənkəranda Böyük Bazar, Bərdədə Cümə məscidlərində də qanvermə aksiyası keçiriləcək.
Qeyd edək ki, tədarük olunan qan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
7News.az








