RU
Qapanmalar universitetlərə də aiddir? - AÇIQLAMA
16:19
128

Qapanmalar universitetlərə də aiddir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin qərarı ilə aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

7News.Az bildirir ki, qərarın ali təhsil müəssisələrinə aid olub-olmadığı məsələsinə gəldikdə isə, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, bu qərar universitetlərə şamil edilmir, yalnız ümumtəhsil müəssisələrinə aiddir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ