RU
Qapıçı oyunqabağı öldü - Gürcüstanda
15:30
756

Qapıçı oyunqabağı öldü - Gürcüstanda

Gürcüstanın "Zuqdidi” komandasının qapıçısı Şota Maminaşvili "VİT Corcia” komandası ilə matç qabağı dünyasını dəyişib.

7news.Az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.

Hadisə Mtsheta şəhərində baş verib. 31 yaşlı idmançı məşq zamanı huşunu itirib və  özünə gəlmədən xəstəxanada dünyasını dəyişib.

Maminaşvili özünün futbol karyerasının böyük hissəsini Batuminin "Dinamo” komandasında keçirib. Qolkiper "Zuqdidi” komandasının tərkibinə hazırkı mövsümdən öncə keçmişdi.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ