RU
Qaqarini Bakıda bıçaqladılar
09:51
792

Qaqarini Bakıda bıçaqladılar

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

"20-ci sahə" yaşayış massivindən Sergey Qaqarin bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə məlumat verilib. Sergey Qaqarin polis əməkdaşlarına bildirib ki, tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Onun sözlərinə görə, yolla gedərkən tanımadığı şəxsin hücumuna məruz qalıb və bıçaqlanıb.

Faktla əlaqədar Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ