RU
Qar iki “bomj”u xəstəxanalıq etdi
14:21
310

Qar iki “bomj”u xəstəxanalıq etdi

Ötən gecədən bu vaxta qədər hava şəraiti ilə bağlı 2 kimsəsiz - "bomj”, 7 nəfər isə travma ilə xəstəxanalara yerləşdirilib.

Bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, travma ilə müraciət edənlərin hamısı qadınlardır: "Onlardan ikisi Klinik Tibbi Mərkəzə, qalan üçü Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, iki nəfər isə 3 Şəhər Klinik Xəstəxanasına yerləşdirilib”.

R.Nağıyev bildirib ki, yanvar ayının 1-dən bu günə qədər 61 nəfər kimsəsiz şəxslə bağlı müraciət qeydə alınıb:

"Onlardan 54-ü kişi, 7-si qadındır. Həmin şəxslərə ilkin yardım göstəriləndən sonra növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 26, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında birinə yerləşdirilir”.//publika.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ