RU
Qar kütləsi İstanbul Hava Limanının yük terminalının damını çökdürüb
21:23
113

Qar kütləsi İstanbul Hava Limanının yük terminalının damını çökdürüb

İstanbul Hava Limanında "Türk Hava Yolları”na məxsus "Turkish Cargo”nun istifadəsində olan anbarın damı qar yığınları və çovğun səbəbindən uçub.

Bu barədə məlumatı THY-nin mətbuat katibi Yəhya Üstün sosial media hesabından yayıb.

O, qeyd edib ki, insident nəticəsində xəsarət alan olmayıb.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ