7News.az xəbər verir ki, fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, fevral ayının 7-da səhər saatlarında dollar alışı 1.83 manat, satışı isə 1.86 manat olub.
Qeyd edək ki, ötən gün "qara bazarda” dollar 1.85 manata alınıb, 1.87 manata satılırdı. Fevral ayının 6-sı ilə müqayisədə manat 0,5%, yanvar ayının sonu ilə müqayisədə isə 5%-dən çox bahalaşıb.
7News.az








