Qol.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxıb. Ağdam təmsilçisi Bakıda Kiprin APOEL klubunu qəbul edir.
Bu, Qurban Qurbanovun komandasının cari avrokubok mövsümündə Nikosiya təmsilçisi ilə 3-cü matçıdır. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində"Qarabağ" məhzAPOEL-lə qarşılaşmışdı. Səfərdə 2:1 hesablı qələbə qazanan təmsilçimiz Bakıda 0:2 hesabıyla uduzaraq ÇL-dən kənarda qalmışdı. Bu baxımdan bugünkü görüş "Qarabağ" üçün revanş da sayıla bilər.
A qrupunun digər oyununda "Sevilya" "Düdelanj"ı qəbul edəcək.
24 oktyabr
Avropa Liqası
A qrupu
20:55. "Qarabağ” (Azərbaycan)- APOEL (Kipr) - 2:2 (İkinci hissə)
Qol:Dani Kintana, 13 (1:0), İoannou, 29 (1:1), Hallenius, 45 (1:2), Ailton, 59 (2:2)
Hakimlər: Filip Qlova, Ona Frantişek Ferenç, Yan Pozor, Peter Ziemba (hamısı Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
23:00."Sevilya" (İspaniya) - "Düdelanj" (Lüksemburq)
|
1. |
Sevilya |
2 |
2 |
0 |
0 |
4:0 |
6 |
|
2. |
Qarabağ |
2 |
1 |
0 |
1 |
4:4 |
3 |
|
3. |
Düdelanj |
2 |
1 |
0 |
1 |
5:7 |
3 |
|
4. |
APOEL |
2 |
0 |
0 |
2 |
3:5 |
0 |








