RU
“Qarabağ” Avroliqa tarixində ən tez qol buraxan komandadır
11:04
593

“Qarabağ” Avroliqa tarixində ən tez qol buraxan komandadır

UEFA "Slovan"ın Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a vurduğu ilk qolunun sözügedən turnirin ən erkən qolu olduğunu rəsmən açıqlayıb.

7News.Az xəbər verir ki, Çexiya klubunun futbolçusu Yan Sikoranun 10.69-cu saniyədə vurduğu qol turnirin ən erkən qolu kimi tarixə keçib.

Bundan əvvəlki rekord 2015-ci il martın 12-də "Vilyarreal"la görüşdə fərqlənən"Sevilya"nın futbolçusu Vitoloya məxsus idi.

Avropa Liqasının ən sürətli qolları:

10.69 saniyə - Yan Şikora ("Qarabağ" - "Slovan" - 2:2) 15/09/2016 
13.21 saniyə - Vitolo ("Vilyarreal" - "Sevilya" - 1:3) 12/03/2015 
15.19 saniyə - İsmael Blanko (AEK - BATE - 2:2) 05/11/2009 
16.88 saniyə - Keyta Balde ("Ludoqorets" - "Latsio" - 3:3) 27/02/2014 
18.18 saniyə - Xuan Mata ("Valensiya" - "Brügge" - 3:0) 25/02/2010 
19.19 saniyə - Serxio Aquero ("Mançester Siti" - "Portu" - 4:0) 22/02/2012


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ