RU
“Qarabağ” Azərbaycan çempionu oldu
10:17
1112

“Qarabağ” Azərbaycan çempionu oldu

Son oyun günündə paytaxtın “Zirə” klubu ilə qarşılaşan “Qarabağ” növbəti dəfə Azərbaycan çempionu olub.

Qurban Qurbanovun komandası səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəlməklə, son 4 turun nəticəsindən asılı olmayaraq, çempionluğu rəsmiləşdirib.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk dəfə 1993, daha sonra isə 2013, 2014 və 2015-ci illərdə Azərbaycan çempionatının qalibi olub.

“Qarabağ” çempionluq sayına görə sadəcə “Neftçi”dən (8 çempionluq) geri qalaraq, bu sahədə ikinci sırada qərarlaşıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ