Hazırda Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransada baş verən terror aktı lə bağlı bu ölkəyə başsağlığı verib.
Hazırda həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransı keçirən Çavuşoğlu bildirib ki, terrora qarşı bütün dövlətlər birgə mübarizə aparmalıdır.
“Bu gün keçirilən görüşlərdə ikitərəfli siyasi, iqtisadiyyat və nəqliyyat sahəsində münasibətləri müzakirə etdik. Regional layihələr Azərbaycanı önəmli nəqliyyat dəhlizinə çevirir. Prezident İlham Əliyev və Məmmədyarovla görüş zamanı dövlət rəsmiləri məni Qarabağ ətrafında intensivləşən danışıqlar barədə məlumatlandırdı. Biz Türkiyə olaraq Qarabağ danışıqlarını diqqətlə izləyirik. Azərbaycanın ərazi bötüvlüyünü dəstəkləyir və münaqişənin qardaş Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyirik”.
7News.Az








