"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda növbəti qol vurulub.
90+1-ci dəqiqədə Ağdam təmsilçisi hesabı öz xeyirinə dəyişib - 2:1.
"Köhlən-atlar"ın heyətində Abbas Hüseynovun zərbəsi dəqiq alınıb.
---
"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda ikinci qol vurulub.
79-cu dəqiqədə Ağdam təmsilçisi hesabı bərabərləşdirib.
Ramil Şeydayev tarazlığı bərpa edib.
----
"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.
Görüşdəki ilk qolu qonaqlar vurub.
19 dəqiqədə Joze Kante penaltini dəqiq yerinə yetirib.
7NEWS.Az








