RU
“Qarabağ” klubu “Kopenhagen”in şikayətinə münasibət bildirdi
13:42
647

“Qarabağ” klubu “Kopenhagen”in şikayətinə münasibət bildirdi

"Maksim Medvedevlə bağlı UEFA-ya şikayət etmək "Kopenhagen”in hüququdur”.

7news.Az xəbər verir ki, bunu Report-a açıqlamasında "Qarabağ” klubunun icraçı direktoru Əmrah Çelikəl Danimarka təmsilçisi "Kopenhagen”in Çempionlar Liqasının "pley-off” mərhələsinin ilk oyununda sonra komandanın kapitanı Maksim Medvedevlə bağlı UEFA-ya şikayət etməsinə münasibət bildirərkən deyib.

Klub rəsmisinin sözlərinə görə, Medvedevin Bakıda baş tutan görüşün 20-ci dəqiqəsində rəqib futbolçu Pyer Benqtssonu top uğrunda mübarizə zamanı qəsdən vurması ilə bağlı iddia əsassızdır və UEFA-nın rəqibin şikayətini müsabət cavablandırması real görünmür: "Bu, top uğrunda mübarizə zamanı baş verən adi oyun epizodu idi. UEFA-nın futbolçumuzu cəzalandıracağına zənn etmirəm. Belə bir hal olarsa, biz də öz növbəmizdə apellyasiya verəcəyik”.

Qeyd edək ki, UEFA "Kopenhagen”nin şikayəti ilə bağlı qərarını bu gün açıqlayacaq.

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ