RU
“Qarabağ” – “Kopenhagen” oyununun biletlərinin satışa çıxarılacağı tarix müəyyənləşdi – CƏDVƏL
16:22
628

“Qarabağ” – “Kopenhagen” oyununun biletlərinin satışa çıxarılacağı tarix müəyyənləşdi – CƏDVƏL

Futbol üzrə Çempionlar Liqasının "play-off” mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ” – "Kopenhagen” (Danimarka) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix bəlli olub.

7news.Az xəbər verir ki, klubun mətbuat xidmətindən Report-a verilən məlumatına görə, azarkeşlər avqustun 12-də, saat 12:00-dan etibarən biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Biletlərin qiyməti nömrəli sektorlara 1 - 10 manat, VİP sektoruna isə 50 manatdır.

Qeyd edək ki, avqustun 15-də keçiriləcək "Qarabağ” – "Kopenhagen” görüşü saat 21:00-da başlayacaq.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ